YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamp Keyr: Etibarlı tərəfdaş olan Azərbaycanda biznes mühitinin inkişafı üçün əhəmiyyətli işlər görülür

Etibarlı tərəfdaş olan Azərbaycanda biznes mühitinin inkişafı üçün əhəmiyyətli işlər görülür.

Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin enerji və infrastruktur şöbəsinin müdiri Kamp Keyr bu sözləri Londonda keçirilən Azərbaycan-Böyük Britaniya iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasındakı çıxışında deyib.

Kamp Keyr Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb, ölkəmizdə biznes üçün yaradılan şəraiti xüsusi qeyd edərək bildirib ki, Azərbaycanda biznes və investisiya mühitinin inkişafı üçün əhəmiyyətli addımlar atılır, ciddi islahatlar aparılır.