YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda yeni ictimai nəzarət mexanizmi hazırlanır

Azərbaycanda ictimai nəzarət haqqında yeni qanun layihəsi hazırlanıb.

Qanu layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb.

Qanun layihəsinin məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin vəzifə və funksiylarının, həmçinin, qanunvericilk aktlarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləməkdir. /Trend/

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən hazırlanan qanun layihəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuraların mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nəzarətindən çıxarılması təklif olunur.

Qanun layihəsi haqqında danışan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Azərbaycanda ictimai nəzarətin lazımi səviyyədə olmaması səbəbindən belə layihənin hazırlanması zəruri idi: “Çünki bu gün ictimai nəzarətlə bağlı qanunvericilikdə müəyyən müddəalar olsa da, bu məsələ tam təkmil formada deyildi. Ona görə də QHT-lərə Dəstək Şurası belə boşluğun aradan qaldırılması və müəyyən mexanizmlərin hazırlanması ilə bağlı təkliflər hazırlayaraq Milli Məclisə təqdim edildi".

Onun sözlərinə görə, bəzən yerli icra hakimiyyəti orqanları İctimai şuraların yaradılması ilə bağlı mövcud qanunvericiliyə əməl etmir, yaxud da şəffaflıq prinsipinə söykənməyərək bir günün içərisində ictimai şuraların yaradılması elan edirlər: "Əsas məqsədimiz ictimai nəzarətin təminatına kölgə salacaq qanunsuzluqları aradan qaldırmaqdır”.