YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 174708 dəfə istifadə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən istifadə sayı 2015-ci ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayında 3,6 faiz artaraq 174708-ə çatıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 146701-i nazirliyin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə, o cümlədən 123691-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə, 23010-u “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub. Ölkəmizin elektron arayış sistemində xüsusi yer tutan “İş yerinə dair arayış” e-xidmətindən isə vətəndaşlar 13261 dəfə istifadə ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hər üç e-xidməti əhalinin ən çox faydalandığı e-xidmətlər sırasındadırlar.

Son vaxtlarda istifadəyə verilən “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə müraciət edənlərin sayı da artmaqdadır. Yanvar ayının ortalarından təqdim olunan bu e-xidmətdən həmin ayın sonunadək artıq 5818 dəfə istifadə qeydə alınıb.

Nazirliyin “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətləri də əhalinin istifadəsindədir və ötən ay əhali bu üç e-xidmətə ümumilikdə 8928 dəfə müraciət edib.

Nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı, tibbi-sosial ekspertiza və reabilitasiya, vətəndaşların qəbulu sistemlərində elektron texnologiyaların tətbiqi əsasında aparılan islahat tədbirləri ilə əlaqədar həmin sahələr üzrə yeni e-xidmətlərin də yaxın vaxtlarda əhaliyə təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, nazirliyin təqdim etdiyi mövcud e-xidmətlərdən hazırda bir qisminin üzərində onların vətəndaşların daha asan və rahat formada istifadəsinə uyğunlaşdırılması üçün texniki təkmilləşdirmə işləri aparılır.

Ötən il "E-hökumət" portalı üzərindən 45 qurum üzrə təqdim edilən bütün e-xidmətlərdən ümumi istifadənin 20 faizə yaxını (2,2 milyon dəfədən çox istifadə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub.