YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. YAP Xətai rayon təşkilatının çətin şəraitdə yarandığını deyən H.Mirələmov ötən dövr ərzində təşkilatın böyük inkişaf yolu keçdiyini vurğulayıb. Təşkilat sədri qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır.  Onun sözlərinə görə, hazırda rayon təşkilatının 17 min nəfərdən çox üzvü var.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyamızın nəinki ölkəmizin, ümumilikdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu bildirib. YAP-ın dünya ölkələrinin nüfuzlu siyasi təşkilatları ilə sıx əməkdaşlıq etdiyini deyən V.Rəhimzadə partiyanın yerli strukturlarının, o cümlədən Xətai rayon təşkilatının uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib.

Sonda bir qrup partiya fəalına fəxri fərmanlar, YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.