YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astanada Xəzər regionunun neft bazalarına və terminallarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Mayın 16-17-də Qazaxıstanın paytaxtı Astanada “Xəzər regionunun neft bazaları və terminalları: müasir layihələndirmədən səmərəli istismaradək” mövzusunda ikinci beynəlxalq konfrans keçiriləcək.

Tədbirin təşkilatçısı Xəzərdəki neft bazalarını və terminallarını tədqiq edən “Vostok Capital” şirkətidır. Yüzdən çox ekspertin, o cümlədən neft bazaları və terminalları rəhbərlərinin, aparıcı avadanlıq və texnologiya təchizatçılarının, tənzimləyici orqanların nümayəndələrinin iştirak etdiyi tədqiqatda Xəzər regionunun ən perspektivli investisiya layihələri tədqiq edilib, istehsalın lokallaşması və idxalın əvəz edilməsi şəraitində neft bazaları rəhbərlərinin texnologiya və avadanlıq, neft terminalları və yanacaqdoldurma stansiyaları seçmək meyarları müəyyən olunub, Xəzər dənizində neft bazaları və terminalları üçün praktiki yenidənqurma, istismar və texniki həll nümunələri göstərilib, neft-qaz obyektlərinin tikintisi və yenidən qurulması layihələrində avadanlıq, təftiş, müşayiət və nəzarət seçiminin xüsusiyyətləri aşkar edilib.

Konfransın təşkilatçıları bildirirlər ki, “Xəzər dənizinin neft bazaları və terminalları: müasir layihələndirmədən səmərəli istismaradək” mövzusunda ikinci beynəlxalq konfransda neft bazaları və terminallarının layihələndirilməsinin və istismarının ən mühüm aspektləri müzakirə olunacaq.