Xəbərlər
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Filip Kreven “Dostluq” ordeni, Rəhimov İlqar 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib.