YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Yevlaxda ictimaiyyət nümayəndələri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi, Əli Əhmədov Yevlax şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb.

Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Heydər Əliyev adına sarayda keçirilən görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək son illərdə rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Yevlaxda bütün sahələrdə sürətli inkişafa nail olunub, geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, yeni iş yerləri açılıb, əhalinin rifahı yaxşılaşıb.

Görüşdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə həyatın bütün sahələrində baş verən böyük inkişafdan danışıb, əsas diqqəti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqlara, qarşıda duran vəzifələrə yönəldib.

Dünyada baş verən iqtisadi böhrana toxunan Əli Əhmədov qeyd edib ki, bütün bu proseslər Azərbaycana da müəyyən təsir göstərib, neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə nəticələnib. Lakin buna baxmayaraq, ölkəmizdə iqtisadiyyatın daha da gücləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanda həyatın yeni mərhələsi başlayır, inkişafın yeni modeli yaranır. Bu sahədə qarşıda duran əsas vəzifələr qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, yeni iş yerlərinin yaradılması, idarəetmənin təkmilləşdirilməsi, insanların həyat səviyyəsinin yüksəldilməsidir. Görülən işlərin mərkəzində insan amili, Azərbaycan vətəndaşının sosial rifahı dayanır.

Görüşdə çıxış edən ictimaiyyət nümayəndələri və sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Çıxışlarda, həmçinin Yevlax yun fabrikinin fəaliyyətinin bərpa edilməsi, tibb kollecinin açılması, əkinlərin suvarma suyu ilə təminatının, bəzi kəndlərə yolların çəkilməsi ilə bağlı təklif və müraciətlər səsləndirilib.

 

DİGƏR Xəbərlər Arxiv