YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun Quba ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Quba şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib.

Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Bəşir Səfəroğlu adına mədəniyyət evində təşkil olunan tədbirdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilib.

Görüşdə Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.