YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: “Formula-1” yarışlarına hazırlıq işləri qaydasında gedir

“Formula-1” üzrə Avropa Qran-pri yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur.

Bu sözləri jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir deyib: “Yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmamasına çalışırıq. Baxmayaraq ki, 6 kilometrlik yolun asfalt örtüyünün dəyişdirilməsi işləri gedir, bu, şəhərdə tıxaclar yaratmayıb. Əsas yollarda olan kommunikasiya xətlərinin dəyişdirilməsi ilə bağlı işlər də başa çatıb”.

Nazir qeyd edib ki, “Formula-1” üzrə Avropa Qran-pri yarışları üçün pit-lane sifariş olunub. Uzunluğu 300 metr, eni 21 metr olan ikimərtəbəli bina Bakıya gətiriləcək və Azadlıq meydanında quraşdırılacaq.