YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir

«Azərbaycanda dövlət gənclər siyasəti uğurla reallaşdırılır». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Onun sözlərinə görə,  gənclərimiz  siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

«Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Hesab edirəm ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünya ölkələri üçün nümunə ola bilər. Bu mənada 2 fevral-Gənclər Gününün ölkəmizdə yüksək səviyyədə keçirilməsi təqdirəlayiq haldır. Bu, dövlətin gəncliyimizə olan yüksək münasibətinin ifadəsidir. Hər bir gənc çalışmalıdır ki, öz əməli fəaliyyəti ilə bu etimadı doğrultsun»- deyə, Ş.İsmayılov qeyd edib.