YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Azərbaycanın gənclər siyasəti dünyada bir model olaraq qəbul olunur

«Azərbaycan dövləti gəncliyin inkişafı üçün bütün addımları atır». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, dövlətin həyata keçirdiyi tədbirlərdən biri də bölgələrdə Gənclər evinin yaradılmasıdır. Onun fikrincə, belə mərkəzlərin yaradılması  gənclərin bir araya gəlməsi və birgə layihələr həyata keçirməsi üçün ideal məkandır.

«Ölkəmizdə Gənclər evi şəbəkəsi genişlənməkdədir. Hazırda 40-a yaxın Gənclər evi fəaliyyət göstərir. Növbəti illər üçün də yeni belə mərkəzlərin inşası nəzərdə tutulur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritetlərindən biri də gənclərin inkişafı, onların sosial rifahının yüksəlməsi, ictimai proseslərdə fəal iştirakıdır. Bu gün Azərbaycanın gənclər siyasəti dünyada bir model olaraq qəbul olunur»- deyə, nazir müavini vurğulayıb.