YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynadan yola düşmüş sınaq qatarı artıq Çindədir

Ukrayna malları ilə yüklənmiş konteyner daşıyan sınaq qatarı artıq Çin ərazisindədir.

Yanvarın 15-də Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə sınaq qatarını yola salıb. Bu marşrut Asiya ölkələrinə Ukrayna yüklərinin alternativ çatdırılma yolu olmalıdır. Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə sınaq qatarı 10 vaqon və 20 ədəd 40 futluq konteynerdən ibarətdir. Bərə keçidlərini və quru yolunu əhatə edən marşrut üzrə hərəkət edən qatar yanvarın 22-də Bakıya çatıb və elə həmin gün “Azərbaycan” bərəsi ilə Aktau limanına yola salınıb.

Qatar Qazaxıstandan Çinə yola düşüb və yanvarın 31-də bu ölkəyə çatıb.