YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Pənahov: Bu gün ölkəmizdə intellektual yeni nəsil yetişib

«Əsası Ulu öndər Heydər Əliyev tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, müasir dünyagörüşlü yeni nəsil yetişib. Bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilr». Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyi ofisinin rəhbəri, təşkilatın sədr müavini Əli Pənahov deyib.

Ə.Pənahov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, gənclərimiz dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşıb.

«Dövlət rəhbərliyi hər zaman gənclərlə bağlı məsələləri diqqət mərkəzində saxlayır. Bilkli, bacarıqlı, intellektual gənclərin potensialından hər zaman istifadə olunur. Biz çox sevinirik ki, dövlətimiz fəal gənclərin işini hər zaman yüksək qiymətləndirir, dəyər verir. YAP Gənclər Birliyinin sədri Seymur Orucovun dövlət başçısı tərəfindən «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif olunması da bütövlükdə partiyamızın gənclərinin fəaliyyətinə verilən qiymətdir. Biz hər zaman cənab Prezidentimizin ətrafında sıx birləşmişik və bundan sonra da belə olacaq»- deyə, Ə.Pənahov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv