YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb

Cari ildə Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, plana əsasən, keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib. Həmçinin il ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.