YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi 2 fevral Gənclər Günü münasibətilə təntənəli mərasim keçirdi

Yanvarın 30-da Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi 2 fevral Gənclər Günü münasibətilə “Kempinski” otelində təntənəli mərasim keçirdi.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu gənclər siyasətinə həsr edilmiş “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” video çarxı nümayiş olundu. Daha sonra isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin 2015-ci il ərzində fəaliyyətinə həsr edimiş video çarx tədbir iştirakçılarının nəzərinə çatdırıldı.

Gənclər gününə həsr olunmuş tədbirdə MM sədrinin I müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov, MM sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu gənclər siyasətindən, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakından, YAP Gənclər Birliyinin uğurlu fəaliyyətindən bəhs etmişlər.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəali üzvləri tədbirdə çıxış edərək bu gün ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətindən, dövlətin gəncliyin inkişafına qayğısından bəhs etmişlər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək YAP Gənclər Birliyinin üzvlərini, eləcə də bütün ölkə gəncliyini Gənclər Günü münasibətilə təbrik etdi.

Əli Əhmədov çıxışında qeyd etdi ki, gənclər ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir və onlar öz fədakar fəaliyyətləri ilə Azərbaycanın inkişafına öz töhfələrini verirlər. “Bugünki gənclik Azərbaycanın parlaq gələcəyinin olduğunu təsdiqləyir” – deyə, bildirən Əli Əhmədovun sözlərinə görə, bu gün dövlət tətrəfindən gənclərin inkişafına hər cür şərait yaradılıb. Gənclər isə bu şəraitdən istifadə edərək yüksək bilik və bacarıq əldə etməklə gələcəkdə dövlətimizin inkişafı üçün daha böyük uğurlar qazana biləcəklər.

Gənclər gününə həsr edilmiş təntənəli mərasim ictimai-siyasi həyatımızda fərqlənən gənclərin mükafatlandırılması ilə başa çatdı.

YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvlərindən Abel Məhərrəmov və Eldar İbrahimov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev, AMEA-nın I vitse-prezidenti İsa Həbibbəyli Gənclər gününə həsr edilmiş təntənəli mərasimdə iştirak etmişlər.