YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

GUAM kibertəhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirir

Ukrayna Prezidenti Pyotr Poroşenko Milli Kibertəhlükəsizlik Sistemi yaratmağın vacibliyini bəyan edib. Sistemin əlaqələndirilməsini və qarşılıqlı səmərəli fəaliyyətini Milli Təhlükəsizlik və Müdafiə Şurasının müvafiq bölməsi təmin edəcək.

Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən qəbul edilən Ukrayna kibertəhlükəsizlik strategiyasının hazırlanmasında müxtəlif konsaltinq şirkətlərinin ekspertlərinin tövsiyələri nəzərə alınıb. Bu strategiya kiberməkanın qorunmasını təmin edən milli sistemin inkişafını, kibertəhlükələrin vaxtında aşkar olunmasını və neytrallaşdırmasını nəzərdə tutur.

GUAM-ın Kiyevdə yerləşən katibliyindən bildirilib ki, hazırda GUAM çərçivəsində iştirakçı dövlətlərin kibertəhlükəsizliyə dair qarşılıqlı anlaşma memorandumu layihəsi hazırlanır. Sənəd razılaşdırıldıqdan sonra GUAM-ın iştirakçı dövlətlərinin nümayəndələri tərəfindən imzalanacaq.