YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda ünvanlı sosial yardımın yeni modeli hazırlanır

Azərbaycanda ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, yeni model ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur: “O modelə parlamentə bir də baxılacaq və müvafiq qərar qəbul ediləcək”.

H.Rəcəbli bildirib ki, Azərbaycanda ünvanlı sosial yardım modeli seçilərkən təməl olaraq Polşa qanunvericiliyi götürülmüşdü: “Burada da zaman-zaman qanunvericilikdə dəyişiklik etmişik. 10-a yaxın sənəd istənilirdisə, sənədlərin sayı azaldılıb, sənədlərin bir ildən bir baxılmasını iki ildən bir etdik. Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi daim axtarışdadır və burada yeni-yeni islahatlar aparmaq istəyirlər”.