YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “FUTURE SHORTS” festivalının qış mövsümünün filmləri nümayiş olunacaq

Fevralın 17-dən 19-dək YARAT Müasir İncəsənət Mərkəzində “Future Shorts” qisametrajlı film festivalının qış mövsümünün filmləri nümayiş olunacaq.

YARAT Müasir İncəsənət Mərkəzindən bildirilib ki, yeni qış mövsümü toplusunun nümayişi yaradıcı qruplar və fərdlər üçün meydan olan YARAT FreeStyle proqramı çərçivəsində keçiriləcək.

Bu festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində dünya üzrə 1400 baxış təklif edir.

Yarandığı 12 ildən bəri festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival peşəkar və debütantların beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməsinə şərait yaradır.

“Future Shorts” festivalının qış mövsümü toplusu 7 filmdən ibarətdir. Tədbirin xüsusi qonağı Çingiz Mustafayev və onun “İtən xəyallar” qısametrajlı filmi olacaq.

Filmlər orijinal dildə (rus dili alt yazıları ilə) nümayiş etdiriləcək.

Yerlər məhdud olduğu üçün festivala giriş dəvətnamə ilədir. Arzu edənlər dəvətnamələri əvvəlcədən YARAT Mərkəzindən pulsuz götürə bilərlər.