YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TANAP layihəsi çərçivəsində görüləcək işlərə dair zəruri sənədlər təsdiqlənib

Yanvarın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olublar.

SOCAR-ın mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində R.Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.

Görüşdə Türkiyənin enerji sektorunda SOCAR-ın həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub, planlaşdırılan işlərin qrafikə uyğun icra edildiyi bildirilib. TANAP-ın inşası işlərinin, eyni zamanda, Petkim yarımadasında həyata keçirilən layihələrin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacağına əminlik ifadə olunub. Qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

SOCAR-ın prezidenti Türkiyəyə səfəri çərçivəsində Transanadolu qaz boru kəməri-TANAP konsorsiumunun İdarə Heyətinin iclasında da iştirak edib.

İclasda layihə üzrə 2015-ci ildə həyata keçirilmiş işlərin yekunu və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub. Layihənin hazırki statusu və işlərin gedişatı haqqında məlumat dinlənilib. Bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyət qrafikə uyğun surətdə uğurla davam etdirilir. İclasda 2016-cı il üçün layihə çərçivəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb, zəruri sənədlər təsdiqlənib.

Layihənin operatoru olaraq SOCAR-ın fəaliyyəti yüksək qiymətləndirilib. Belə bir fikir də vurğulanıb ki, operator və tərəfdaş şirkətlər 2016-cı ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində qüvvələri səfərbər edəcək və kəmərin vaxtında tikilib başa çatdırılması üçün lazım gələn bütün tədbirləri həyata keçirəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv