YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı Bəhreyn beynəlxalq hava şousunda iştirak edib

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayəsi, Bəhreyn Nəqliyyat və Telekommunikasiya Nazirliyinin, bu ölkənin Hərbi Hava Qüvvələri Komandanlığının birgə təşkilatçılığı ilə keçirilən Bəhreyn beynəlxalq hava şousunda iştirak edib. Otuz dörd ölkədən 75 nümayəndə heyətinin iştirak etdiyi və 139 aviaşirkətin təmsil olunduğu tədbirdə müasir hərbi texnikalar, rabitə-telekommunikasiya sistemləri və mülki aviasiya sahəsində innovasiyalar barədə xüsusi pavilyonlar təşkil edilib, hərbi təyinatlı təyyarələrin xüsusi manevrli uçuşları nümayiş olunub.

ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı, Livan, Pakistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və digər ölkələrin Hərbi Hava qüvvələri komandanlarının iştirak etdikləri Manama Hava Qüvvələri simpoziumu və Bəhreyn hava şousunda hərbi hava qüvvələrinin şəxsi heyətinin və texnikasının müasir standartları, ölkələrin xarici təhlükələrdən qorunması yolları, ən əsası terror hücumlarının qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq imkanlarının öyrənilməsi əsas müzakirə mövzusu olub.

General-leytenant Ramiz Tahirov tədbir çərçivəsində Bəhreynin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Şeyx Xəlifə bin Əhməd Əl-Xəlifə, Bəhreyn Krallığı Hava Qüvvələrinin komandanı, general-mayor Şeyx Haməd bin Abdulla Əl-Xəlifə və Pakistan Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin rəhbəri, Hava Qüvvələri üzrə marşal Sohail Aman ilə görüşüb.

Tədbirlərdə və görüşlərdə Azərbaycanın Səudiyyə Ərəbistanında və eyni zamanda, Bəhreyn Krallığındakı səfirliyinin əməkdaşları da iştirak ediblər.

 

DİGƏR Xəbərlər Arxiv