YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artmışdır

Cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2,2 faiz artmışdır.

Fonddan bildirmişlər ki, hesabat dövründə əlavə olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata alınmış və nəticədə 2014-cü il aprelin 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 min 475 nəfərə yüksəlmişdir.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,7 faizini kişilər, 10,3 faizini isə qadınlar təşkil edir.

Ümumilikdə 101 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (10 min 63 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1 min 912 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 919 nəfərə çatmışdır.

Sonrakı yerlərdə İran İslam Respublikası (570), Hindistan (432), Çin Xalq Respublikası (417), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (257), Özbəkistan (202), Banqladeş Xalq Respublikası (190), Pakistan İslam Respublikası (158), Ukrayna (157), Almaniya Federativ Respublikası (152), Filippin Respublikası (135), Bosniya və Herseqovina (131), Qazaxıstan Respublikası (123), Türkmənistan Respublikası (121), İtaliya Respublikası (118), ABŞ (111) və s. ölkələr qərarlaşıb.

Qeyd edək ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

 

DİGƏR Xəbərlər Arxiv