YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayıl Fərzəliyev: Ölkə Prezidentinin Davos Forumunda iştirakı ölkə iqtisadiyyatı üçün əlavə dividentlər vəd edir

«Ölkə Prezidentinin  Davos İqtisadi Forumunda iştirakı çox əhəmiyyətlidir. Dünyada baş verən qlobal iqtisadi böhran şəraitində Forumda vacib müzakirələr aparılıb». Bu fikirləri YAP -ın gənc fəalı Cəbrayıl Fərzəliyev deyib.

C.Fərzəliyev bildirib ki, bu forum siyasi-iqtisadi xarakter daşıyır. Onun sözlərinə görə, Davos Forumunda təkcə xarici ölkələrin liderləri deyil, həmçinin dünyanın böyük şirkətlərinin rəhbərləri də iştirak edirlər. Belə bir mötəbər tədbirdə Azərbaycan Prezidentinin  dünya liderləri ilə yanaşı, böyük şirkətlərin rəhbərləri ilə də görüşü təqdirəlayiq haldir.

 «Bu görüşlərin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Hazırkı situasiyada Azərbaycana xarici investorların cəlb olunması aktualdır. Nəzərə alsaq ki, Azərbaycanda sağlam biznes mühiti mövcuddur, belə olan halda daha çox xarici investorları ölkəmizə cəlb etmək mümkündür. Bu baxımdan, cənab Prezidentin Forum çərçivəsində keçirdiyi görüşlər mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, dünyada hökm sürən qlobal iqtisadi böhran şəraitində ölkə Prezidentinin belə bir mötəbər tədbirdə iştirak etməsi ölkə iqtisadiyyatı üçün əlavə dividentlər vəd edir»- deyə, C.Fərzəliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv