YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının gəncləri Tbilisidə keçirilən gənc siyasətçilər üçün “Qış məktəbi”ndə iştirak ediblər

 Yeni Azərbaycan Partiyasının üzvləri Hülya Məmmədli, Güllü Eldarzadə və Əvəzağa Məlikov 17-21 yanvar tarixlərində Almaniyanın Konrad Adenauer Fondunun Gürcüstanın paytaxtı Tbilisidə təşkil etdiyi gənc siyasətçilər üçün “Qış məktəbi”ndə iştirak ediblər.

Cənubi Qafqaz respublikalarından bir sıra iqtidar və müxalifət partiyalarının təmsil olunduğu layihə çərçivəsində YAP gəncləri siyasi partiyalar, təbliğat kampaniyaları, partiya-dövlət və partiya-cəmiyyət mövzularında keçirilən treninqlərdə fəal iştirak edərək, fərdi və qrup tapşırıqlarını uğurla yerinə yetiriblər.

Təlim günlərində YAP gəncləri Tbilisidə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Təlimin sonuncu günündə iştirakçılar “Qış məktəbi”ni uğurla başa vurmaları ilə əlaqədar olaraq sertifikatlarla təltif ediliblər.

 

DİGƏR Partiya xəbərləri Arxiv