YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-nin ekspertləri terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər

Yanvarın 20-21-də Belarusun paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin 2017-2019-cu illərdə terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə qarşı mübarizə Proqramı layihələrinin razılaşdırılmasına dair ekspert qrupunun iclası keçirilib. İclasda MDB Dövlət Başçıları Şurasının bu barədə qərarı da müzakirə edilib.

Bu məlumat təşkilatın Minskdəki mənzil-qərargahından verilib. Ekspertlər qeydləri və təklifləri nəzərə alaraq sənəd layihələrini tamamlayıb və razılaşdırıblar.

İclasın materialları MDB-nin iştirakçısı olan dövlətlərə göndəriləcək. Sənəd layihələrinin dövlətdaxili razılaşdırılmasından sonra Birliyin Dövlət Başçıları Şurasına müəyyən edilmiş qaydada baxılmaq üçün təqdim olunacağı gözlənilir.

 

DİGƏR Xəbərlər Arxiv