YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Dövlət başçısı tərəfindən əməkhaqları və pensiyaların artırılması çox əhəmiyyətli addımlardır

«Neftin qiymətinin dünya bazarında kəskin aşağı düşməsi ilə əlaqədar olaraq  ölkəmiz iki dəfə  devalvasiyaya gedib. Buna baxmayaraq, 2015-ci ilin yekunlarında həm də bir faizdən yuxarı ümumdaxili məhsulun artımı, kənd təsərrüfatında 6 faizlıq artım,  qeyri-neft sektorunda,  sənaye sahəsində 8 faizlik artım müşahidə olunub». Bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, bunlar hamısı müsbət hallardır, amma bununla belə ən ciddi məsələ, əlbəttə, milli valyutamızın devalvasiyaya uğramasıdır. Yəni, problemlərimiz var və bu problemlərin həlli üçün cənab Prezident müvafiq addımlar atır, icra strukturlarına ciddi tapşırıqlar verir.

«Birincisi, idxal və ixrac əməliyyatlarının şəffaflaşdırılması, liberallaşdırılması, bu yöndə bütün süni maneələrin aradan qaldırılması oldu ki, bu, çox önəmli məsələdir. İkincisi, idxalın tərkibinə baxmaq, lazım olan məhsulları ordan çıxarmaq, Azərbaycanın bacardığı məhsulların ölkədə istehsalına başlamaq, qeyri-neft sektorunun inkişafına nail olmaq, xüsusilə, kənd təsərrüfatı və sənayedə addımlar atmaq məsələsi qaldırıldı ki, bunlar da olduqca önəmli məsələrdir. Dövlət başçısı tərəfindən əməkhaqları və pensiyaların artırılması da çox əhəmiyyətli addımlardır. Hesab edirəm ki, hökumət qısa zamanda onun qarşısına qoyulan məsələlərə baxa, verilən tapşırıqları vaxtında yerinə yetirə, çevik, düşünülmüş addımlar ata, qərarlar qəbul edə bilsə, Azərbaycanı yaranmış bu vəziyyətdən çıxarmaq mümkün olacaq»- deyə, deputat qeyd edib.