YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: “Əmanətlərin sığortalanması haqqında” qanuna edilən dəyişikliklər əhalinin maraqlarına xidmət edir

“Əmanətlərin sığortalanması haqqında” qanuna edilən dəyişikliklər əhalinin maraqlarına xidmət edir. Bu fikirləri Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bu qanunun təşəbbüskarı məhz  cənab Prezident olub və çətinlik olanda əmanətlərin sığortalanmasını hökumət öz üzərinə götürür.

«Hazırda banklarda 9 milyard manata  yaxın əmanət, 6,5 milyon əmanətçi var. Onların illik aldığı divident isə 500 milyon manatdır. Əmanətlərin qorunması üçün bu qanun layihəsi önəmlidir. Yeni qanuna əsasən dividentlərdən heç bir faiz tutulmayacaq. Bu isə 1 il ərzində 90-100 milyon manata qədər vəsait  edir. Eləcə də, Əmanətlərin Sığortalanması Fondu da təkmilləşdirilir. Görülən bu işlər həm əhalinin, həm də bankların maraqlarına uyğundur»- deyə, komitə sədri vurğulayıb.