YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edilib

Milli Məclisin növbədənkənar sessiyasında “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edilib.

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dəyişikliklə bağlı məlumat verib. O deyib: “Bizə təqdim edilən zərfə daxil olan qanun layihələri də sistemli təhlilin nəticəsidir. "Əmanətlərin sığortalanması haqqında" Qanun bir neçə il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim edilmişdi. Yeni daxil olunmuş layihədə bu Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Əvvəllər 500 manata qədər olan hissədən başqa qalan hissədən faizlər tutulurdu. Yeni qanun layihəsinə əsasən isə əmanətlərə görə olan dividentlərdən heç bir faiz tutulmayacaq. Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun daha da təkmilləşdirilməsi, bankların şəraitinin yaxşılaşdırılması ilə bağlı maddələr nəzərdə tutulub. Çətinliklər olanda onların sığortalanması məsələsini də hökumət öz üzərinə götürür”.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Komitə sədri deyib ki, “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun layihəsi də Milli Məclisə təqdim olunub. Bu qanun imkan verəcək ki, insanlar heç bir narahatlıq hiss etmədən əmanətlərinə sahib olsunlar və gələcəkdə ondan daha rahat istifadə etsinlər.

Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edilib.