YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Hər bir vətəndaş Azərbaycan naminə cənab Prezidentin ətrafında sıx birləşməlidir

“Dünyadakı baş verən proseslərə baxmayaraq, Azərbaycan inkişaf edir və bu göz qabağındadır. Ölkəmizin yerləşdiyi geosiaysi məkanda oynadığı rol, xüsusilə, Avropanın enerji təhlükəsizliyinin təmin olunması yönündəki fəaliyyəti hamıya məlumdur. Təbii ki, Azərbaycan dünayaya inteqrasiya edib və dünyada baş verən proseslər ölkəmizdən yan keçə bilməzdi”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin dayanıqlı iqtisadi inkişaf stategiyası sayəsində həmişə öz inkişaf tempini təmin edəcək. Onun sözlərinə görə, dünyada qlobal maliyyə-iqisadi böhranın fonunda ölkəmizin sosial-iqtisadi inkişafı üçün davamlı olaraq addımlar atılır. Sahibkarlığın inkişafı üçün atılan addımlar, onlara qarşı süni maneələrin aradan qaldırılması, yoxlamaların azaldılması, lisenziyaların verilməsinin sadələşdirilməsi, infrastukur layihələrin dayanmadan həyata keşirilməsi buna sübutdur. Millət vəkili həmçinin bildirib ki, aqrar sahənin inkişafı üçün də ciddi addımlar atılır. Belə ki, suvarma sistemlərinin yenidən qurulması, su anbarlarının tikintisi dövriyyədən çıxmış torpaqların yenidən istifadə edilməsi ücün ciddi addımlardır. Bütün bunlar iqisadiyyatın neftdən asılılığının azaldılması üçün görülən ən mühüm tədbirlərdən biridir.

“Dünyada baş verən proseslərə ölkəmiz adekvat cavab verir. Əlbəttə, dünyada neftin qiymətinin kəskin ucuzlaşması Prezidenimizin qeyd etdiyi kimi iqtisadi yox, siyasi amillərlə bağlıdır. Hər bir vətəndaş Azərbaycan naminə cənab Prezidentin ətrafında sıx birləşməlidir. Bu gün kicik məisət problemlərini şişirdib ondan təxribat məqsədləri üçün istifadə etmək istəyənlər var. Belə vəziyyətlərdə kimsə ortaya çıxır, süni qiymət artımı hallarına yol verir və s. Bunlara qarşı birgə mübarizə aparmalıyıq. Belə halların qarşısını almaq üçün cənab Prezidentə dəstək olmalıyıq. Hər birimiz öz işimizlə düzgün məşğul olarıqsa neqativ prosesləri önləmiş olarıq. Prezidentimizin verdiyi qərarlar, Onun qətiyyətli addımları yaranmış vəziyyətdən sui-istifadə etmək istəyənlərə tutarlı cavabdır. Dövlət başçısının atdığı addımlar vətəndaşların maraqlarına xidmət edir. Un və çörəyin qiyməti aşağı düşməsi, əmək pensiyalarının artırılması ictimaiyyət tərəfindən tam dəstəklənir. Yəni yaranməş vəziyyətdən, manatın devalvasiyaya uğramasından kimlərsə şou düzəltməməlidir. Biz insanlar arasında izahat işləri aparmalıyıq, bu prosedə KİV-lərin də rolu var. Hazırda yerlərdə icra strukturlarının nümayəndələri insanlarla görüsüb onları dinləyirlər. Yəni problemlərin həlli ilə bağlı sistemli tədbirlər həyata keçirilir ”-deyə, İ.Məmmədov vurğulayıb.