YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Biz bu qərarların tezliklə müsbət nəticələrini hiss edəcəyik

«Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası”nda səsləndirdiyi tezislər və verdiyi tapşırıqlar dünyada baş verən proseslərə və ölkədə mövcud olan iqtisadi, siyasi və sosial duruma tam adekvatdır». Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı  Azay Quliyev deyib.

A. Quliyev bildirib ki, biz bu qərarların tezliklə müsbət nəticələrini hiss edəcəyik. Onun sözlərinə görə, cənab Prezidentin çıxışı Azərbaycanın yeni mərhələyə keçidi baxımından çox önəmlidir.

«Dövlət başçısı bir sıra mühüm  məsələlərə ictimai nəzarət mexanizmlərinin tam olaraq tətbiqini və mətbuatın bu işlərə yaxından dəstək verməsini xüsusi olaraq qeyd edib. Diqqət çəkən məqamlardan biri də odur ki, cənab Prezident Rusiya-Türkiyə və İran-Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsindən narahatlığını ifadə edərək Azərbaycanın regionda sabitləşdirici roluna toxunub və bölgədə risklərin azalmasına töhvə verə biləcəyini bildirib»- deyə, A.Quliyev vurğulayıb.