YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Aktau istiqamətində gəmilərlə yük maşınlarının daşınmasında artım 10 dəfədən çoxdur

2015-ci ilin dekabr ayında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri ilə Bakı-Aktau istiqamətində 566, 2016-cı ilin ilk 7 günü ərzində isə 255 yük maşını daşınıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib ki, bu vəziyyəti müqayisə etdikdə 2015-ci ilin yanvar-noyabr aylarında Bakı-Aktau istiqamətində ayda orta hesabla 60 yük maşını daşınıb. Bu da 10 dəfədən çox artım deməkdir.

Ələt limanında yük avtomobillərinin sıxlığının tam aradan qaldırılması istiqamətində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən ardıcıl tədbirlər görülür. Qış aylarında hava şəraitinin çətinliyinə baxmayaraq, gəmilərin əlavə səfərləri təşkil edilir, ehtiyatda olan gəmilər istismara qaytarılır.

Belə ki, dekabrın ortalarından başlayaraq əlavə 3 bərə - “Akademik Topçubaşov”, “Qarabağ” və Professor Gül” gəmiləri istismar ehtiyatından çıxarılaraq yükdaşımalara cəlb edilib. Yaxın günlərdə daha bir gəmi – “Merkuri-1” müvafiq texniki işlərdən sonra istismara buraxılacaq.

Hazırda Bakıdan Aktau və Türkmənbaşı istiqamətlərində 11 bərə və 2 Ro-Ro gəmisi işləyir.

Görülmüş tədbirlər nəticəsində Aktau limanında yük maşınlarının sıxlığı tam aradan qaldırılıb, Ələt limanında isə avtomobillərin yükləməni gözləmə müddəti yarıbayarı azalıb.