YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanın apardığı effektiv daxili və xarici siyasəti demokratik olmaqla, yanaşı suverenlik və ədalət prinsipinə əsaslanır

«Azərbaycanın aparmış olduğu effektiv daxili və xarici siyasəti demokratik olmaqla, yanaşı suverenlik və ədalət prinsipinə əsaslanır.  Sırf bu prinsiplər əsasında daxili və xarici siyasət formalaşır və milli maraqlar təmin olunur». Bu fikirləri  YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan bir çox beynəlxalq təşkilatların və demokratik qurumlarda fəal təmsil olunur. Onun sözlərinə görə,  2012-2014-cü illər BMT Təhlükəsizlik Şurasının 155 səslə qeyri-daimi üzv seçilməsi və bir çox mötəbər beynəlxalq oyunların və konfransların Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. 

«Diğər tərəfdən Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının  İnsan  İnkişafı İndeksində ilbəil irəliləməkdədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan cəmi 25 ildir ki, müstəqildir, lakin bu müddətə iqtisadi inkişaf tempi və demokratik inkişafına görə dünyanın ən qabaqcıl ölkələri arasında öz yerini tutmaqdadır və bir neçə əsrə demokratik ölkə imici formalaşdıran dövlətlərlə müqayisədə Azərbaycan bugünkü demokratik ölkə imicini 90-ci illərin çətin dönəmlərindən keçərək əldə etmişdir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.