YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycan idmançılarının uğurlarının ildən ilə artması bizi çox sevindirir

«Azərbaycan idmançılarının uğurlarının ildən ilə artması bizi çox sevindirir. Çünki onlar ölkəmizin adını beynəlxalq yarışlarda zirvələrə yüksəldirlər». Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, beynəlxal müstəvidə Azərbaycanın nüfuzlu idman ölkəsi olduğu birmənalı şəkildə etiraf olunur. Onun sözlərinə görə, «Bakı 2015» birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də bu reallığı təsdiqlədi.

«Bu il Braziliyada XXXI Yay Olimpiya Oyunları keçiriləcək. Hesab edirəm ki, idmançılarımız bu möhtəşəm idman yarışlarında da yüksək səviyyədə təmsil olunacaq. Eyni zamanda, Azərbaycan idmançılarının böyük uğur qazanacaqlarına inanırıq. Ötən il ölkə Prezidenti tərəfindən  bu Olimpiya Oyunlarına hazırlıqla bağlı sərəncam imzalanıb. İdmançılarımız XXXI Yay Olimpiya Oyunlarında da üçrəngli bayrağımızı  zirvələrə qaldırmaq naminə bütün imkanlarını səfərbər etməlidlirlər»- deyə, A.Abiyev vurğulayıb.