YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Həyata keçirilən tədbirlər Azərbaycanın sosialyönümlü dövlət quruculuğuna böyük önəm verdiyini bir daha təsdiqləyir

«Dünya baş verən mürəkkəb proseslərin, iqtisadi böhranın fonunda Azərbaycan dövləti vətəndaşların sosial müdafiəsini maksimum etməyə çalışır». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, dünyadakı sosial-iqtisadi böhrana baxmayaraq ölkəmizdə heç bir sosial proqram təxirə salınmayıb. Onun sözlərinə görə, dövlət başçısının bəyan etdiyi kimi bu il ərzində də sosial layihələr uğurla davam etdiriləcək.

«Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən biridir. Onun sözlərinə görə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilən tədbirlər Azərbaycanın sosialyönümlü dövlət quruculuğuna böyük önəm verdiyini bir daha təsdiqləyir»- deyə, İ.Məmmədov qeyd edib.