YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Feyzaver Alpsar: Həmrəylik Günü Azərbaycan xalqının əsrlər boyu apardığı milli azadlıq mübarizəsinin nəticəsidir

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının əsrlər boyu apardığı milli azadlıq mübarizəsinin nəticəsidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist, filosof Əli bəy Hüseynzadənin qızı Feyzaver Alpsar söyləyib. O deyib ki, xalqımızın ümumi həmrəyliyinə nail olmaq Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ən böyük arzusu olub. “Şükürlər olsun ki, bütün bu arzular Azərbaycan dövlətinin məqsədyönlü siyasəti ilə addımbaaddım gerçəkliyə çevrilir”, -deyə Feyzaver Alpsar bildirib.