YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: 2015-ci il Azərbaycanın gələcəkdə öz uğurları ilə müşayiət olunan sosial-iqtisadi inkişaf konsepsiyasına etibarlı zəminin yaradılması ili kimi xatırlanacaq

“Bütövlükdə 2015-ci il uğurlu sayıla bilər və uğurlu il kimi Azərbaycanın müasir tarixinə düşəcək. Hər şeydən əvvəl, qeyd etdiyim kimi, Azərbaycan müəyyənləşdirilmiş iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi istiqamətində işlərini davam etdirib, bu konsepsiyanın müasir şəraitə uyğunlaşdırılması yönündə Prezident İlham Əliyev tərəfindən vacib təşəbbüslər göstərilib. Təşəbbüslərin gerçəyə çevrilməsi ilə əlaqədar deyərdim ki, çox cəsarətli qərarlar artıq qəbul edilməkdədir”. Bu fikirləri Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Trend İA-ya müsahibəsində qeyd etmişdir.

YAP Sədrinin müavini vurğulamışdr ki, bütövlükdə 2015-ci il Azərbaycanın gələcəkdə öz uğurları ilə müşayiət olunan sosial-iqtisadi inkişaf konsepsiyasına yeni dövrün çağırışlarına uyğun şəkildə düzəlişlər edilməsi üçün etibarlı bir zəminin yaradılması ili kimi xatırlanacaq.