YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirmişdir

YAP Gənclər Birliyi 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirmişdir.

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü , YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov 1993-cü ilin 15 iyun gününün Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş günü kimi daxil olduğunu deyib və qeyd edib ki, bu gün onun fəlsəfəsini dərindən dərk edən, özünü millət, vətən adına məsuliyyətli hesab edən hər bir gənc üçün çox əzizdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü , YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov çıxış edib. 1991-1993-cü illər ərzində Azərbaycana rəhbərlik edən qüvvələrin səriştəsizliyindən torpaqların işğala məruz qaldığını, həmin illərdə əhali ərzaq qıtlığı ilə üzləşib, minlərlə soydaşımız vətənindən didərgin düşüb, hətta böhran vətəndaş müharibəsinə qədər yüksələ bilib. 1993-cü ilin iyun ayında isə hökumət böhranı ən acınacaqlı həddə çatıb. Bu anda isə xalqı qırğından, səfalətdən, vətən torpaqlarını təhlükədən xilas etmək gücündə olan bir insan - xalqın ümid yeri olan Heydər Əliyev xalqına və dövlətinə sahib çıxıb. Öz uzaqgörən və dahiyanə siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır durumdan xilas edib. Məhz buna görə Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə qayıdışını Milli Qurtuluş günü kimi qeyd edirik.

Tədbirin sonunda YAP Gənclər Birliyinin “Milli Qurtuluş Günü” ilə gənclərin əl işlərindən ibarət rəsm sərgisinə yekun vurulub. Sərgidə Rəssamlıq Akademiyasının tələbələrinin və fiziki qüsurlu gənclərin əl işləri nümayiş etdirilib. Qeyd edək ki, sərgisində fərqlənən gənclərə diplom və sertifikatlar təqdim olunub.

DİGƏR Partiya xəbərləri Arxiv