YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni fakültələr yaradılır

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyi sistemindəki xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulur.

Sərəncamda Nazirlər Kabinetinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

 

DİGƏR Xəbərlər Arxiv