YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycana turizm sərgilərində iştirak etdiyi ölkələrdən gələn turistlərin sayı artır

Cari ildə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunmayıb.

Bunu jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, dünyada baş verən ciddi iqtisadi və maliyyə böhranları nəticəsində bu il ümumilikdə dünya turizmində də artım müşahidə edilməyib. Onun sözlərinə görə, Rusiyanın turizm bazarında xaricə gedənlərin sayı 70 faiz azalıb. Azərbaycana gələn 2,5 milyon nəfər turistin təxminən 700-800 min nəfərini Rusiyadan gələnlər təşkil edirdi: “Əgər Rusiyada azalma 70 faiz olubsa, bizdə necə artım ola bilər? Bu mümkünsüzdür. Amma bizi sevindirən məsələ ondan ibarətdir ki, Azərbaycana ənənəvi deyil, yeni bazarlardan, xüsusilə də Körfəz, Avropa və Latın Amerikası ölkələrindən gələnlər var”.

Ə.Qarayev bildirib ki, Azərbaycana turizm sərgilərində iştirak etdiyi ölkələrdən gələn turistlərin sayı artır.