YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: İran yüklərinin Rusiyaya daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə oluna bilər

İran yüklərinin Rusiyaya daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə oluna bilər. Bunun üçün Azərbaycanın geniş nəqliyyat infrastrukturu mövcuddur.

Bu sözləri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tehranda İran və Azərbaycanın iş adamlarının iştirakı ilə keçirilən biznes forumda deyib.

Ş.Mustafayev nəzərə çatdırıb ki, hazırda Azərbaycan və İran dəmir yolu sistemlərinin birləşdirilməsi istiqamətində iş aparılır.

Nazirin sözlərinə görə gələn ilin yanvar ayında Azərbaycan, İran və Gürcüstanın dəmir yolları idarələrinin rəhbərləri görüşəcəklər. Görüşdə tranzit yüklərin daşınmasının sadələşdirilməsi və bununla bağlı digər məsələlər müzakirə ediləcək.