YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrlik Türkiyədən Azərbaycana keçdi

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) sədrlik Türkiyədən Azərbaycana keçdi. Sədrliyin təhvil verilmə mərasimi bu gün Bakıda keçirilən TürkPA Şurasının iclasında baş tutub.

İclasda Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxış edərək ölkəsinin sədrliyi dövründə TürkPA-nın fəaliyyətindən danışıb. Daha sonra sıra ardıcıllığına uyğun olaraq sədrliyin Azərbaycana keçdiyini elan edib.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə çıxış edərək sədrliyin qəbul edildiyini elan edib.

Qeyd edək ki, TürkPA-ya 4 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.

DİGƏR Xəbərlər Arxiv