YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi.

Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.