YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Belqradda görüşlər keçirib

Xarici işlər naziri Elmar Məmmədyarov Belqradda İspaniyanın xarici işlər üzrə dövlət katibi İqnasio İbanez ilə görüşüb.

Görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib. Nazir, həmçinin İspaniyanın təşəbbüskarı olduğu BMT-nin Sivilizasiyalar Alyansının növbəti 7-ci Qlobal Forumunun 2016-cı ilin aprelində Azərbaycanda keçiriləcəyini qeyd edib, ispaniyalı həmkarını həmin tədbirdə iştiraka dəvət edib. İqnasio İbanez dəvəti məmnuniyyətlə qəbul edib.

Dövlət katibi yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin önəmini qeyd edərək hər iki nazirlik tərəfindən bunun təşviq olunmasının vacibliyini vurğulayıb.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.

* * *

Azərbaycanın xarici işlər nazirinin daha bir görüşü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə olub.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu qeyd edilib.

Nazir E.Məmmədyarov beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar Avropa İttifaqının qətiyyətli və birmənalı mövqe ifadə etməsinin vacibliyini vurğulayıb. O, Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və iki ölkənin sərhədi boyunca atəşkəsin pozulması və insidentlərin yaranmasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğundan irəli gəldiyini bildirib.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və Ermənistan qoşunlarının zəbt edilmiş ərazilərimizdən çıxarılmasının mühüm etimadyaradıcı tədbir olacağını qeyd edən nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.