YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Vətəndaşlar «Asan Xidmət»in fəaliyyətindən məmnundurlar

«Prezident İlham Əliyevin sərəncamı əsasında ölkəmizdə “elektron hökumət” proqramı fəaliyyət göstərir. Bu proqram vasitəsilə hökumətin fəaliyyətində elektron xidmətdən istiafadə olunur. Bu baxımdan, ölkə vətəndaşları ünvanlı sosial yardımdan elektron formada yararlanarkən heç bir problemlə üzləşməyəcəklər». Bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, elektron xidmət sisteminin tətbiq olunması şəffaflığın təmin edilməsinə xidmət edir. Onun fikrincə, şəffaflığın təmin olunmasında “Asan Xidmət” ən uğurlu variantdır.

«Vətəndaşlar «Asan Xidmət»in fəaliyyətindən məmnundurlar. Belə olan halda, ünvanlı sosial yardımdan elektron formada yararlanarkən də problem olmayacaq. Əslində, insanlar ünvanlı sosial yardım almaq üçün rahat bir şəkildə müraciət edə biləcəklər. Eyni zamanda, bu məmur və vətəndaş kontaktını da azaltmaqla vətəndaşa qarşı yarana biləcək bürokratik əngəllərin qarşısını alacaq. Bu, çox uğurlu bir sistemdir və dünya təcrübəsində də geniş istifadə olunur»- deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv