YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əsədov: Aqrar sahənin inkişafına dövlətin dəstəyi daha da artmaqdadır

«Aqrar sahənin inkişafına dövlətin dəstəyi daha da artmaqdadır». Bu fikri kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədov bildirib ki, dünyada baş verən maliyyə-iqtisadi böhran şəraitində Azərbaycanda nəzərdə tutulan proqramlar uğurla davam etdirilir. Onun sözlərinə görə, bu ilin dövlət büdcəsində aqrar sahəyə ayrılan vəsait əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Bu da ölkədə həyata keçirilən düşünülmüş siyasətin nəticəsidir.

«Bildiyiniz kimi 2015-ci il dövlət başçısı tərəfindən «Kənd təsərrüfatı ili» elan olunub. Bu il çərçivəsində nazirliyimiz xeyli işlər görüb. Dövlətin dəstəyi ilə görülən işlər aqrar sahənin güclü inkişafına xidmət edir və bu, yaxın illərdə özünü göstərəcək. Yəni bir il ərzində elə görülən işlər var ki, onun nəticəsi bir neçə ildən sonra özünü göstərir. Bu baxımdan, ölkə ictimaiyyəti yaxın gələcəkdə bunun şahidi olacaqlar. Amma bununla yanaşı artıq ciddi nəticə vermiş işlər də var. Məsələn, hazırda ölkəmizdə kənd təsərrüfatı texnikası çatışmazlığı problemi yoxdur. Yeni alınan texnikaların 40 faizini dövlət ödəyir. Bundan əlavə, kənd təsərrüfatı istehsalçılarının gübrə ilə təmanatı yüksək səviyyədədir. Həmçinin, kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsində şəffaflıq təmin olunub. Mən fermerlərin nəzərinə çatdırmaq istəyirəm ki, ikinci əkin üçün də eyni məbləğdə subsidiyalar verilir. Bunun üçün onlar müvafiq sənədləri əlaqədar qurumlara təqdim etməlidirlər»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv