YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 10-da Azərbaycan Respublikasının Füzuli rayonunun ərazisində, Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi, polkovnik İlhami Dəyirmançıoğlu (Türkiyə) keçirmişlər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi, polkovnik-leytenant Dan Harvey (İsveçrə) nəzarət etmişlər.