YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda İƏT-in Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin 2-ci iclası keçiriləcək

İyunun 16-da Azərbaycanın ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin 2-ci iclası keçiriləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmıtindən verilən məlumata görə, tədbirdə Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Pakistan və İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak edəcəklər.

İclasda sənaye mülkiyyəti hüquqlarının son tendensiyalarına baxışların keçirilməsi, üzv ölkələrin əqli mülkiyyət ofisləri üçün prioritet təşkil edən sahələrin və bu sahədə çalışan qurumlar arasında əlaqələndirmə mexanizmlərinin müzakirəsi nəzərdə tutulur.