YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 12-ci iclası keçiriləcək

Dekabrın 3-4-də Bakıda Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək.

Bu barədə Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri vəzifəsinə energetika naziri Natiq Əliyev təyin edilib. Qazaxıstan tərəfdən isə hazırda həmsədr bu ölkənin energetika naziri Vladimir Şkolnikdir. Qazaxıstan Respublikasının energetika naziri Vladimir Şkolnik və ekspertlərdən ibarət nümayəndə heyətinin iştirakı ilə keçiriləcək iclasda 1998-ci il oktyabrın 23-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişikliklərin edilməsinə dair Protokol imzalanacaq. Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılmış İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarsı Komissiyasının indiyə qədər 11 iclası keçirilib.

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın fəaliyyət dövrü iki ölkə arasında ticari-iqtisadi, yanacaq-enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət-turizm, ətraf mühit, rabitə və yüksək texnologiyalar, eləcə də digər sahələrdə əlaqələrin daha da genişləndirilərək dərinləşməsinə töhfə verib.