YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: AŞPA müşahidə missiyasının yekun məruzəsinin qurumun Daimi komitəsində təsdiq olunması əhəmiyyətlidir

«Azərbaycan demokratik dövlətdir. Ölkəmizin demokratik inkişafı seçki proseslərində də özünü təsdiq edir. Son parlament seçkilərinin azad və demokratik keçirilməsi seçkiləri müşahidə etmiş bütün beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir». Bu fikirləri yap.org.az saytına Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bugünlərdə  AŞPA müşahidə missiyasının yekun məruzəsinin qurumun Daimi komitəsində təsdiq olunması çox əhəmiyyətlidir. Onun sözlərinə görə, məruzədə Azərbaycanda keçirilən parlament seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirdiyi vurğulanır.

«Hesabatda MSK-nın seçki məntəqələri açılandan hesablama, habelə nəticələr sənədləşdirilənədək prosesin şəffaf olması üçün çalışdığı qeyd edilib. Sənəddə səsvermə günü ərzində seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilmədiyi əksini tapıb. Hesabatda yerli KİV-lərdə səsvermə gününün geniş əhatə edildiyi, seçici fəallığının əhəmiyyətli dərəcədə artması, səsvermə və səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etməsi fikirləri də yer alıb. Təbii ki, bu, ölkəmizdə demokratiyanın parlaq göstəricisidir. AŞPA müşahidə missiyasının yekun hesabatı həmçinin, parlament seçkilərinin şəffaflığına kölgə salmağa cəhd göstərən qüvvələr tutarlı cavabdır»- deyə, S.Fətəliyeva vurğulayıb.