YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

CQBK-nin genişləndirilməsi layihəsi üzrə Azərbaycanda 61 kilometr uzunluğunda borular qaynaq edilib

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihəsi üzrə iyunun sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanmasından bəri təqribən 61 kilometr uzunluğunda borular artıq qaynaq edilib. Bundan əlavə, borular 2 kilometrdə qrafikdən əvvəl tikinti sahəsi boyunca düzülüb.

“bp-Azerbaijan” şirkətindən bildirilib ki, ötən dövrdə layihə ilə bağlı işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam edib. Boru seqmentləri saxlama sahələrinə gətirilib və Azərbaycan hissəsi üçün lazım olan boruların artıq yarıdan çoxu sahələrdədir.

Bu vaxtadək Azərbaycanda boru kəməri marşrutu boyunca torpaq sahələrinin əldə olunması 99,7 faiz başa çatıb. Gürcüstanda kəmər xəttinin inşasına iyulda başlanıb. Hazırda 1-ci və 2-ci kompressor stansiyası, təzyiqə nəzarət və tənzimləmə qurğusu tikilir.