YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Azərbaycan tərəfinin mənasız görüşlər keçirməyə marağı yoxdur

«ATƏT sədrinin Azərbaycan və Ermənistanda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlarda kəskin bir yenilikləır yox idi. O sadəcə bildirdi ki, danışıqlar Minsk qrupu vasitəsilə Madrid prinsipləri əsasında bərpa olunmalıdır». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, İsveçrəkiçik ölkə olmasına baxmayaraq, Avropada sülh məsələlərində böyük nüfuzu var. Onun fikrincə, bu imkanlarından istifadə etsələr, erməniləri ağıla gətirməkdə hansısa təsirləri ola bilər. Amma hər halda bu məsələdə dönüş gözləmək hələ ki, mümükün deyil.

Politoloq, Fransa prezidenti Fransua Ollandın səfəri zamanı münaqişə tərəflərinə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni təkliflər verməsinə və prezidentlərin Parisdə görüşünü təklif etməsinə də münasibət bildirib: «Təkliflərin mahiyyəti açıqlanmır, halbuki Olland da bəyan etdi ki, məsələ Madrid prinsipləri əsasında həll edilməlidir. İndi ola bilsin ki, təkliflər o prinsplərin  hansısa bir ardıcıllıqla həyata keçirilməsi ilə bağlıdır. Prezidentlərin görüşü təklifinə gəlincə, hələlik nə Azərbaycan nə Ermənistan prezidentləri bununla bağlı öz müsbət fikirlərini səsləndirməyiblər. Ona görə yaxın zamanlarda bu görüşün baş tuta biləcəyini söyləməkdə çətinlik çəkirəm. Yəni mənasız yerə nümayiş üçün görüş keçirməyə Azərbaycan tərəfinin heç bir marağı  yoxdur».